Təbrizdəki konsulluğumuza terror hücumu ola bilər?
3-04-2023, 09:20
249

Təbrizdəki konsulluğumuza terror hücumu ola bilər?

ÖNDERTV.ORG
Bakı-Tehran xəttindəki gərginlik və İranın atdığı addımlar bu sualı aktuallaşdırır.
ÖNDERTV.ORG axar.az-a istinadən xəbər verir ki, hələ səfirliyimizə edilən terror aktından sonra İran ekspert cameəsi üzərindən "Təbrizdəki konsulluğun ziyanlı hərəkətlərinin təfərrüatını bilirik" iddiasını gündəmə gətirir, bununla Bakının Arazın o tayındakı soydaşlarımıza bu platformada dəstək verdiyinə işarə vururdu.

Azərbaycanın İsraildə səfirlik açmasından sonra konsulluğumuz yenidən hədəfə götürüldü: rəsmi Bakının bu addımına etiraz olaraq, Tehran rejimi Təbrizdəki konsulluğun qarşısında "bağlansın" tələbi ilə aksiya təşkil etdi; ekspertlərinin dili ilə konsulluğu "şeytan yuvası" adlandırdı (Rza Abbasi "Şeytan yuvasını bağlayın..." çağırışı edib);

Aksiyanın məqsədi "Azərbaycanı Təbrizdə də istəmirlər" görüntüsü yaratmaqdır. Lakin burada digər səbəb də var: konsulluğu Cənubi Azərbaycandakı soydaşlarımızla rəsmi Bakı arasında qeyri-rəsmi "bağ" olaraq görürlər və bunu qoparmaq istəyirlər.

Tehran rejimi konsulluğu bağlamaq məqsədilə hansı addımı ata bilər?

Birincisi, səfirliymizə qarşı törədilən terror ssenarisinin təkrarlana biləcəyi istisna edilməməlidir;

İkincisi, konsulluğumuzu "xarici qüvvələrin İranda iğtişaşlar törətmək planının icrası üçün istifadə edilən mərkəz" kimi təqdim edə bilərlər: ekspertlər üzərindən "şeytan yuvası" adlandırılması da bu ehtimalı ön plana çıxarır və İran bundan Arazın o tayındakı soydaşlarımız arasında "Azərbaycanı düşmən kimi" göstərmək, eləcə də bu addımına legitimlik qazandırmaq üçün istifadə edə bilər.


ÖNDERTV.ORG

Oxşar xəbərlər