Beynəlxalq Müəllimlər Günü — YUNESKO tərəfindən təsis edilmişdir və hər il oktyabrın 5-də bir çox ölkələrdə qeyd edilir.
5-10-2023, 20:49
319

Beynəlxalq Müəllimlər Günü — YUNESKO tərəfindən təsis edilmişdir və hər il oktyabrın 5-də bir çox ölkələrdə qeyd edilir.

Mənə elə gəlir ki, hər bir insan müəllim peşəsinə yiyələnə bilər, amma şagird məhəbbətini, şagird rəğbətini qazanmaq hər bir pedaqoqa nəsib olmur.
Müəllim adı müqəddəsdir. Bu peşə sahibləri fədakar insanlardır. Hörmət və ehtirama layiqdirlər.
Bakı Avropa Liseyinin müəllim kontingenti öz təlimləri, təhsilə peşəkar yanaşmaları, şagirdə fərdi   münasibət baxımından hər zaman seçilmişdir.

Bakı Avropa Liseyi istedadlı uşaqlar üçün yaradılmış Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan dövlət məktəbidir.  Lisey bütün təhsil səviyyələrini (I – XI sinifləri) əhatə edən tədris ocağı kimi fəaliyyət göstərir.Hər il məzunlarının 100 faizi ali məktəblərə yüksək balla daxil olan liseyin yetirmələri dünyanın bir çox nüfuzlu universitetlərində təhsillərini davam etdirirlər.

Ölkədə ilk dəfə olaraq 1993-cü ildə liseyin elmi rəhbəri və direktoru, psixologiya elmləri namizədi Zülfiyyə Veysova fəal təlim metodunu tətbiq etmişdir. Təhsil Nazirliyinin dəstəyilə liseyin aparıcı məşqçiləri və müəllimlərinin səyləri nəticəsində bu metodologiyanın Azərbaycanda geniş yayılması mümkün olmuş və fəal təlimin tətbiqi üzrə dövlət proqramı  işlənib hazırlanmışdır.

Başda liseyin direktoru Zülfiyyə Veysova olmaqla,
direktor müavini Ülkər Mirzəyeva, ibtidai siniflər üzrə direktor müavini Aygün Məcidova,
İbtidai sinif müəllimi Gülnarə Gülməmmədova,
riyaziyyat müəllimləri Samirə Məhəmmədova, Sadıqova Gülnarə, coğrafiya müəllimi Neman Hacıyev, STEAM müəllimi Hüseynova Sevinc, ana dili və ədəbiyyat müəllimləri Pərvin Əliyeva,İbadova Tünzalə,
İngilis dili müəllimləri Əhədova Mətanət, Məmmədli Vüqar, fizika müəllimi Nəzakət Qasımova, fat müəlliməsi, Tarix muəllimələri Nailə Hüseynova, Pərvanə Qasimova Allahverdiyeva Kəmalə, idman müəllimi Rüstəmov Akif, biologiya müəllimləri Rüstəmova Gülzarə, Ələsgərova Kəmalə və başqa müəllimlərin əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. 

Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. 
Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur. 
Əziz müəllimlər sizə bu çətin işinizdə uğurlar arzulayıram. Bayramınız mübarək!

 Fəridə Bayramova

Oxşar xəbərlər