Tokayev Kremli hədəfə aldı, Ukraynanı dəstəklədi
12-11-2022, 10:31
131

Tokayev Kremli hədəfə aldı, Ukraynanı dəstəklədi

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev növbəti dəfə Rusiyanı hədəfə alan bəyanatı ilı gündəm olub. Qazax lider bütün ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Bəyanatın çox mürəkkəb bir vaxtda səslənməsi diqqətdən yayınmayıb. Ukraynada ciddi itkilərlə və geri çəkilmələrlə üzləşən Rusiyaya ən yaxın müttəfiqi tərəfindən səslənən bu bəyanat Kremli ciddi şəkildə narahat edib.
Ərazi bütövlüyünü dəstəklədiyi barədə bəyanatı isə Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammitində səsləndirib. Onun sözlərinə görə, Qazaxıstan bütün ölkələrin suverenlik və ərazi bütövlüyünü ehtiva edən BMT Nizamnaməsini tam dəstəkləyir:
"Bu prinsip bizim ölkəmizin maraqlarına tam uyğundur. Biz bu prinsipə xüsusilə mühüm diqqət yetirməliyik".
Çox güman ki, bu bəyanatın ardınca Rusiya hakimiyyəti antiqazax ritorikanı işə salacaq.
Və bu artıq birinci dəfə deyil. Dəfələrlə Rusiya tərəfi ən yüksək səviyyədə qazax dövlətçiliyini hədəfə alan bəyanatlarla çıxış edib. Qazaxıstan dövlətinin yaranmasında Rusiyanın əvəzsiz rol oynadığını, hətta onun torpaqlarının bir hissəsinin Rusiyaya məxsus olduğunu iddia ediblər.




Azər

ÖNDERTV.ORG

Oxşar xəbərlər