
---
19-08-2023, 15:33
145
Gələn həftə “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası daha 4 rayonda keçiriləcək
ÖNDERTV.ORG
Gələn həftə avqustun 21-i, 22-si, 24-ü və 25-də daha 4 rayonda saat 11:00-dan 12:00-dək “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası keçiriləcək.“Azəriqaz” İB-dən AZƏRTAC-a bildirilib ki, aksiya avqustun 21-də Ağstafa rayonu, Poylu kəndində (poçtun qarşısı), avqustun 22-də Qazax rayonu, Çaylı kəndində (Şəhidlər xiyabanının yanı), avqustun 24-də Tovuz rayonu, Dönük Qırıqlı kəndində (İcra nümayəndəliyinin qarşısı), avqustun 25-də isə Gədəbəy rayonu, Arıqdam kəndində (kənd orta məktəbinin qarşısı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşıb “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum yararlanaraq, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.