Bu günlərdə Fələstin və İsraildə böyük miqyaslı insani faciələrin baş verdiyinin şahidi oluruq.
9-10-2023, 08:00
568

Bu günlərdə Fələstin və İsraildə böyük miqyaslı insani faciələrin baş verdiyinin şahidi oluruq.

Təəssüflə qeyd etməliyəm ki, Fələstin müsəlman dövləti olsa da, hər zaman ermənipərəst mövqe tutub. İsrail isə birmənalı olaraq, hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Təəssüflər olsun ki, müxtəlif vaxtlarda Fələstin tərəfi ermənilərə olan rəğbətini açıq şəkildə bəyan edib.

Baxmayaraq ki, İslam Əməkdaşlıq Təşkilatının Qarabağın işğalı ilə bağlı qərarı var. Ancaq Fələstin tərəfi, praktiki olaraq, bunu nəzərə almayıb. Ermənistanla çox yaxın münasibətlər qurub. Eyni zamanda, Birinci Qarabağ müharibəsində  Fələstin Azərbaycana yardım etmədi. Əksinə, muzdlu olaraq, Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşdükləri rəsmi olaraq sübut olunub və bununla bağlı sənədlər də var.

Hətta Fələstinin sabiq lideri Yasər Ərəfat Qarabağ müharibəsi ərəfəsində “Ermənilər də fələstin xalqı kimi haqqı tapdalanmış millətdir! Mən Ermənistanı dəstəkləyirəm” - deməklə siyasi mövqeyini ortaya qoymuş oldu.. İkinci Qarabağ müharibəsində də Fələstin ortaya mövqe qoymadı. Bundan başqa, ASALA rəhbəri A.Akopyan Fələstin Azadlıq Təşkilatının fəal üzvlərindən olub. Belə məlumatlar var ki, FAT ASALA-nın bir qolunu maliyyələşdirib.
Tarix boyu erməni terrorçularının bu və ya digər formada Fələstinlə yaxın əlaqələri olub.

1975-ci ildə Fələstin Azadlıq Təşkilatının kəşfiyyat rəhbəri, Əbu İyad ləqəbli Salah Halaf Akopyana təklif edir ki, başqa bir erməni təşkilatı yaradıb, həm ermənilərin düşməni, həm də İsrailin dostu Türkiyəyə qarşı mübarizə aparsın. O baxımdan, ASALA-nın ideya müəllifi əsasən Fələstin Azadlıq Təşkilatının liderlərindən olan Əbu İyad olub. Məhz ASALA yaradılandan erməni terrorçuları xaricdəki türk diplomatlarını qətlə yetirməyə başlayıblar. ASALA-nın bu terror aktları 1985-ci ilə qədər davam edib.

Nəticədə 40-a yaxın türk diplomatı qətlə yetirilib. Bununla belə, Livanın məşhur Beka vadisindəki düşərgələrdə erməni terrorçular təlim keçiblər. Livandakı erməni icması “Hizbullah”ı dəstəkləyib. Ümumilikdə, İsrailə qarşı kəşfiyyat məlumatlarının toplanmasında erməni icması xüsusi fəallıq göstərib.
Məlum olduğu kimi,İsrail dövləti hər zaman Azərbaycanın haqq işində onun yanında olub.

44 günlük müharibədən sonra qazilərimizin yarasını sarmağa fələstin deyil, İsrail həkimləri gəldi. Onlar yüksək texnologiyalı protezlər gətirdi. Təmənnasız göz köçürmə əməliyyatı etdilər. Müharibə dövründə İsrailin PUA-ları neçə övladımızı ölümdən qutardı, raket hücumundan qorudu. Buna bənzər yüzlərlə faktı qeyd etmək olar. 

Elə təkcə LORA  raketləri nəyə desən dəyər (Bu raketlər 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin arsenalına daxil edilmişdir. LORA İkinci Qarabağ müharibəsinin son günlərində həlledici rol oynamışdır. Erməni ordusunun Şuşadakı qüvvələri gücləndirmək üçün istifadə etdiyi körpünün partladılmasında LORA-dan istifadə edilmişdir).

Türkiyədə zəlzələ olanda İsrail xilasediciləri hamıdan tez özünü ora
çatdırdi. Həkimləri körpə türk balaları üçün dayə oldu. Riskə girib nə qədər adam xilas etdilər.
Bütün bu yaxşıllqları bir millət olaraq, məncə unutmaq olmaz!
     
Türkiyə təmsilçisi Fəridə Bayramova

Oxşar xəbərlər