
Gündəm / Dünya
Bu gün, 20:01
4
Pakistanda hərbi helikopter qəzaya uğradı, ekipaj həlak oldu
ONDERTV.ORG
Pakistan ordusuna məxsus "Mi-17" tipli hərbi helikopter qəzaya düşüb."Geo TV"nin yaydığı məlumata əsasən, hadisə helikopter havaya qalxarkən baş verib. İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb olub.
Bildirilib ki, helikopterdə olan bütün ekipaj üzvləri həyatını itirib.
Hazırda qəzanın səbəblərinin dəqiq müəyyənləşdirilməsi üçün araşdırma aparılır.
Ekipajın neçə nəfərdən ibarət olduğu barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.





