"QARA GÖZLÜ BİLƏRZİK" dedektiv- kriminal romanının    II cildi    "QARA TƏMİZLİKÇİ"  (Çyornıy stilşik ) detektiv  əsərindən kiçik bir parça
23-02-2026, 19:28
718

"QARA GÖZLÜ BİLƏRZİK" dedektiv- kriminal romanının II cildi "QARA TƏMİZLİKÇİ" (Çyornıy stilşik ) detektiv əsərindən kiçik bir parça

ONDERTV.ORG

​​​​Stepanakert (Xankəndi) 1967-ci il. 5 noyabr, bazar günü...
   3 nömrəli orta məktəbin arxasındakı kolluqdan bir uşaq meyiti tapıldı. Bu on bir yaşlı Seran Baqdasaryan idi. 
 Hadisədən xəbər tutan bir qrup erməni məktəbə hücum çəkərək pəncərələrin şüşələrini qırıb tökdülər , qapıları sındıraraq içəri soxuldular. Milislərin müdaxilə etmələrinə rağmən, əllərində gətirdikləri qablardakı benzini döşəmələrə səpələyib , od vurub məktəbi yandırdılar. Heç bir əsas olmadan məktəbin direktoru ilə iki müəllim həps olundu. 
Vilayət prokurorluğu işi dərhal Ali Məhkəməyə göndərdi. Həmin gün paytaxtdan teleqram gəldi. İşə yerli məhkəmədə baxılacağı bildirilirdi. 
 Stepanakert DTK-sının şöbə rəisi Markarov işi elə qurdu ki, hökmün oxunacağı vaxt Bakıda keçiriləcək mühüm bir müşavirə ilə eyni günə təsadüf etdi. Məhkəmənin çıxaracağı qərardan bir gün əvvəl vilayətin məsul işçiləri paytaxta çağırıldılar.
Yerli rəhbərlərdən yalnız DTK-nın şöbə rəisi Markarov qaldı. 
 Belə ağır şəraitdə məhkəmə erməni kütləsinin təzyiqi altında məcbur qalaraq məktəbin direktoru və iki müəllimə ölüm hökmü oxudu.
 Qarabağın hər tərəfindən avtobuslarla məhkəmə binası önünə yüzlərcə erməni gətirilmişdi. 
Münaqişə səngimək bilmir, get-gedə böyüyürdü. 
 Müəllimləri hərbçilərin nəzarəti altında dustaqlar üçün nəzərdə tutulmuş maşına mindirdilər. Onları həbsxanaya deyil, 366-cı alayın düşərgəsinə gətirdilər. Vəhşiləşmiş ermənilər  hücum çəkərək dustaqları düşərgənin qapısı önündə hərbçilərin əlindən aldılar. 
  Məktəbin direktorunu sürüyə-sürüyə qoca erməni Aleksanın həyətinə apardılar.Onu  əllərindən  ordakı xaç dirəyə mıxladılar.Ayaqlarını benzin dolu qablara salıb,od vuraraq diri- diri yandırdılar. Digər iki müəllimi isə alayın qapısı onündə vəhşicəsinə qətlə yetirdilər.
  DTK-nın şöbə rəisi Markarov baş verən vəhşilikləri qoca Aleksanın evinin eyvanından izləyirdi.
  Hadisənin gərgin həddə çatmasına baxmayaraq DTK-nın sədri general - moyor Heydər Əliyev təcili Stepanakertə yollandı.
 O, küçələrdəki izdihamı görəndə heyrətə gəldi. General - mayorun təşəbbüsü ilə dərhal əməliyyat qrupu yaradıldı. On iki nəfərdən ibarət DTK işçiləri arasında yeganə azərbaycanlı olan Heydər Əliyev qrupa rəhbərliyi öz üzərinə götürdü. 
  O, ilk növbədə məhkəmənin çıxardığı hökmə məhəl qoymayan bir qrup azğınlaşmış erməni qatilləri haqqında cinayət işinin qaldırılması ilə bağlı yerli prokurora göstəriş verdi. Heydər Əliyev yaxşı bilirdi ki, bu cinayətin üstü açılmasa, bu "oyunu" təşkil edənlər ifşa edilib cinayət məsuliyyətinə cəlb olunmasalar münaqişə səngiyən deyil.
 General-nayor DTK işçiləri ilə bərabər məktəbin drektorunun yandırıldığı həyətə girdi. Onu çarmıxa çəkmək üçün xüsusi hazırlanmış brusları diqqətlə nəzərdən keçirərək üzünü qoca Aleksa tutdu:
-Aleksa kişi, bu yanmış buruslardan görsənir ki, nəvənizin qətlində günahlandırdığınız müəllimin cəzasını əvvəlcədən planlaşdırmısınız.
 Generalın nə dediyini başa düşməyən qoca Aleksa gözlərini döydü. Yanındakı uzun saçlı, qara gödəkçəli oğlan əyilib onun qulağına nəsə pıçıldayandan sonra qoca:
-Aşi yox e, nə plan qurmax?
General qaşlarını çatıb, zənlə yanındakı Stepanakert DTK-nın şöbə rəisi Markarova baxdı:
-Yoldaş Markarov, dünən məhkəmə saat neçədə başa çatdı?
-Dörd olardı, yoldaş general.
-Məktəbin drektorunu bu kişinin həyətinə nə zaman gətirdilər?
-Məhkəmədən bir-iki saat sonra, yoldaş general.
Heydər Əliyev son dərəcə ustalıqla düzəldilmiş "brus xaç"ı ona göstərdi: 
-Yoldaş Markarov, sizcə bu qurğunu iki saat müddətində düzəltmək mümkündürmü? 
Daşdan səs çıxdı, Markarovdan səs çıxmadı.
Həyətə yüzə yaxın erməni yığılmışdı. 
General ildırım sürətiylə hamını nəzərdən keçirdi:
-Yaxşı, aydındır, - deyərək DTK rəisinə ayrılmış maşına tərəf getdi.
   Heydər Əliyev bir saatdan sonra qətlə yetirilən uşağın atasını, əmilərini, dayılarını Stepanakert DTK sədrinin otağına çağırtdırdı. Onların üst-başını qapının ağzında yoxlayıb, bir-bir içəri saldılar. 
 DTK-nın təcrübəli çeksti məktəblinin qohumlarını ayrı-ayrılıqda dindirdikdən sonra onun əmisi tərəfindən qətlə yetirildiyini sübut elədi. 
 Əvvəlcədən planlaşdırılmış təxribat əməlinin arxasında Qarabağın Ermənistana verilməsi məsələsi dayanırdı. 
 Ermənilərin bu cəhdi də baş tutmadı. 
  Bu dəfə on bir yaşlı erməni uşağı ilə üç nəfər günahsız azərbaycanlı müəllim hədəfə alındı.
  Münaqişə qarşıdurma başlamadan yatırıldı. O zaman Heydər Əliyev Qarabağ  Vilayətinin  Ermənistan ərazisinə qatılmasına böyük bir maneə oldu. 
Məktəbi yandırıb, müəllimləri faciəli şəkildə öldürənlər bir-bir məsuliyyətə cəlb olundu . Otuz doqquz nəfər məhkəmə qarşısına çıxarıldı. Mühakimə olunanların arasında Stepanakert DTK-nın şöbə rəisi Zurav Markarovun oğlu, hüquq fakultəsinin ikinci kurs tələbəsi Suren Markarov da var idı...
        ***
 General-moyor Drazdov prokuror Suren Markarovun keçmişi  haqqında əldə etdiyi bu məlumatı Andropova çatdırdı. Bu gün özünü nisbətən rahat hiss edən dövlət başçısı:
-Lazımı ölçünü götürün, -deyə əmr etdi... 

Müəllif: Azərbaycanın ilk detektivçi xanım  yazarı: RƏNA NƏCƏFQIZI

Oxşar xəbərlər