Qardaşlıq Masasında Qazaxıstan, Türkiyə, Azərbaycan mədəniyyəti və Nizami Gəncəvi nəfəsi... Bir görüş, bir təbəssüm, bir tarix...
28-04-2025, 21:50
231

Qardaşlıq Masasında Qazaxıstan, Türkiyə, Azərbaycan mədəniyyəti və Nizami Gəncəvi nəfəsi... Bir görüş, bir təbəssüm, bir tarix...

ONDERTV.ORG

ASKEF (avrasiya sanat kültür edebiyyat federesyonu) olaraq Qazaxıstandakı Türkiyə Respublikasının Almatı şəhərində yerləşən Konsulluğuna etdiyimiz səfər könlümüzdə dərin və silinməz izlər buraxdı. Konsulluğun isti, səmimi və böyük hörmət dolu qəbulu bizi həm duyğulandırdı, həm də bir daha qürurlandırdı.
T.C. Almatı Başkonsolosu hörmətli 
Evren MÜDERRİSOĞLU 
bizi öz otağında qonaqpərvərliklə qarşıladı, söhbət və mübadilə zamanı qardaşlığın necə canlı və yaşar olduğunu bir daha hiss etdik.

Azərbaycan adından böyük söz ustadımız Nizami Gəncəvinin hikmətli misralarını əhatə edən, Mədəniyyət Nazirliyimiz tərəfindən hazırlanmış xüsusi plaket və mənim ədəbi əsərlərim – romanlarım və şeirlərim bu görüşün mənəvi dəyərini daha da artırdı.

Görüşün gerçəkləşməsində xüsusi rolu olan və bizimlə bərabər bu yolda canla-başla çalışan dəyərli Komutan Asim Yekelerə səmimi təşəkkürümüzü bildiririk! Əgər bu gözəl səfər baş tutdusa, bu onun qəlbi qədər geniş dəstəyinin və təşəbbüsünün nəticəsidir. Bəzən minnətdarlıq səslə deyil, qəlbdəki dəyərlə ölçülür – amma bu dəfə həm səslə, həm sözlə, bütün səmimiyyətlə deyirik: təşəkkür edirik, Komutanım!

Görüşdə ASKEF-in Genel Başkanı hörmətli Savaş Ünal, hörmətli Komutan  Asim Yekeler və Yazıçı-jurnalist, ASKEF Azərbaycan və Orta Asiya Təmsilçisi Sona İsmayılova idi.
Bir jurnalist və ASKEF təmsilçisi olaraq iştirak etmək mənim üçün böyük bir qürur idi.

Sonda isə hörmətli Evren bey Müderrisoğlu  bütün heyətlə birlikdə çölə çıxaraq hər kəslə ayrı-ayrılıqda əl tutub görüşdü və unudulmaz xatirə şəkilləri çəkdirdi. Bu anlar sadəcə bir görüş deyildi – bu, tarixə yazılan, mədəniyyətin və dostluğun əksi olan bir bağ idi.🇹🇷🇦🇿

"Sözlə qurulan körpülər sarsılmaz olur..." 

        Prezident mükafatçısı
Yazıçı:Sona İsmayılova✍️

Oxşar xəbərlər