Qanlı 20 Yanvar 1990 il hadisələri, tarixi faktlar və təhlillər mövzusunda tədbir keçirilmişdir.
20-01-2026, 00:39
328

Qanlı 20 Yanvar 1990 il hadisələri, tarixi faktlar və təhlillər mövzusunda tədbir keçirilmişdir.

ONDERTV.ORG

Litera kitab evində Milli İrsin Mədəni Tarixi Araşdırmalrı (MİMTA) fondu və Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək və Dünya Azərbaycanlılarıstrateji araşdırmalar mərkəzi ilə birgə Qanlı 20 Yanvar 1990 il hadisələri, tarixi faktlar və təhlillər mövzusunda tədbir keçirilmişdir. Oncə 20 yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra tədbiri giriş sözü ilə acan MİMTA- icraçı direktoru Pərviz Əmirov söylədi ki, 20 yanvar hadisələrindən bizi cəmi 36 illik qısa bir tarix ayırır. Bu qısa tarix çərçivəsində ölkəmiz müstəqillik qazanmış, xalqımız özünün müstəqil dövlətini qurmuşdur. 20 yanvar faciəsi zamanı amansız qətliam nəticəsində öldürulən  oğul və qızlarımızın xatirəsi daim xalqımız və dövlətimiz tərəfindən əziz tutulmuş, hər il insanlar kütləvi şəkildə Şəhidlər xiyabanına axın edərək azadlıq və müstəqillik yolunda canını fəda etmiş qəhrəman şəhidlərimizi ehtiramla yad etmişdir.Sovet ordusunun qoşunlarının qanunsuz Azərbaycana yeridilməsi nəticəsində Bakıda və respublikanın digər rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur Həlak olanların arasında isə, qadınlar, uşaqlar və qocalar da var idi. Azərbaycan xalqının 20 Yanvar şəhidlərinə göstərdiyi belə diqqət və ehtiram, şübhəsiz, onun mübariz və qəhrəman ruhunun, milli hissiyyətinin təzahürüdür. Daha sonra cıxış edən Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək ictimai birliyinin və Dünya Azərbaycanlıları strateji arasdırmalar və təhlillər mərkəzinin rəhbəri, politoloq Tofiq Əli-zadə dedi ki. Son 300 ildə başımıza gətirilən faciələrdən biz nəticələr çıxara bilməmişik. Tarix isə cox zaman təkrar olunur.Tarixən  başimiza gətirilən faciələrimizdən zamanında düzgün nəticələr  çıxarda bilməyimizdən 1918 il, 1988, 1990, 1992 illərdə baş vermiş qanlı hadisələr baş vermişdir 20 Yanvar 1990 faciəsindən sonra dünyada yaşayan Azərbaycanlıların da təşkilatlanması daha da surətlənməyə başladı.. Faciədən sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.Düşunüruk ki.Gənclərimiz tarixi həqiqətləri bilməli və yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı talevinə əhəmiyyətli təsiri olan dönüş anıdır. Daha sonra Tofoq Əli-zadə bildirdi ki, 20 Yanvar cinayəti Azərbaycan xalqının iradəsini və bütövlüyünü qıra bilmədi 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədil20 Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermis hadisədir. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanıs günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdivi şərəfli bir tarixdir. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da_parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Daha sonra cıxış edənlərdən,Carşı jurnalının baş redaktoru və Yasamal rayonu üzrə respublika qadınıar cəmiyyətinin sədri Gülnarə Əmirquliyeva.Vətənim Azərbaycandır.az saytının baş redaktoru Kamran Orucov.Qadın Dünyası ictimai birliyinin sədri, Kifayət Niftəliyeva və başa ziyalılar söylədilər ki, 20 Yanvar hadisələrin nəticəsində şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətimizin qaygı və diqqəti mərkəzindədir. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Azərbaycan dövləti və xalqı öz şəhidlərini hec zaman unutmur.Prezidenti İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək onların ruhuna ehtiram göstərir, hər zaman xatirəsini uca qiymətləndirir, tutur Azərbaycan xalqının milli yaddaşına "Qanlı Yanvar faciəsi kimi həkk olunan o müdhiş yanvar gecəsini hec zaman unutmayacaq. Sonda özündə  Azərbaycan tarixində baş vermiş olayları əks etdirən Azərbaycan filmlərindən qişa  video filmlərə baxış oldu.

Oxşar xəbərlər