
Gündəm
23-05-2025, 23:42
365
Pedaqoq-proqramist Xatirə Həsənova:"Peşəmi bu qədər çox sevəcəyim ağlıma gəlməzdi"
ONDERTV.ORG
Pedaqoq-proqramist Xatirə Həsənova ilə müsahibə:- Xatirə xanim, necə oldu ki, bu sahəyə gəldiniz?
- Məni bu sahəyə çəkən qüvvə mənə orta məktəbdə dərs deyən müəllimlərim oldu. Hər zaman onların simasında, metodikasında bu sahənin əvəzolunmaz, ən yüksək peşə olduğunu gördüm. Onların timsalında by sahəni sevdim və seçdim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq 20 ildir ki, bu sahədə fəaliyyət göstərirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- İxtisasım informatika müəllimidir. Amma təkcə müəllim kimi fəaliyyət göstərməmişəm. 2005-ci ildən siravi müəllim, 2006-cı ildən isə Siyəzən şəhər Rasim Ramazanov adında beş saylı tam orta məktəbdə tərbiyə işləri üzrə direktor müavini kimi işə başlamışam. On doqquz il müavin işləmisəm. 2024-cü ildən etibarən Siyəzən şəhər inteqrasiya təlimli, internat tipli gimnaziyada direktor müavini kimi fəaliyyətimi davam etdirirəm. Eyni zamanda, təlimçi kimi fəaliyyətlərim da var. 2008-ci ildən "MADAD" humanitar təşkilatının və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təlimçisi kimi regionlarda təlimlər keçmişəm. Buraya müəllimlərin peşəkarlıq seviyyəsinin təşkili, kurikulum təhsilə tətbiqi, inzibati idarə həyətinin İKT biliklərinin yüksəldilməsi, öyrədənin öyrədəni və s. müxtəlif təlimlər daxildir. Qeyd edim ki, özum də təhsilimi artırmağı, fərdi inkisafı çox sevirəm. Təhsil və digər sahələrdə şəxsimi inkişaf etdirməyə çalışıram və bu da məni müxtəlif təlimlərin iştirakçışı, müxtəlif təlimlərin qaliblərinin siyahısına daxil edib. Mən bir çox bəynəlxalq forum və konfransların sertifikatlarını əldə etmişəm. Təhsillə bağlı ölkədə keçirilən tədbirlərdə iştirak edirəm. Nailiyyətlərim yüksək olur. Bu da yəqin ki, mənim təhsilə verdiyim dəyərdən asılıdır. - Bununla yanaşı, bildiyiniz kimi, İnfortmatika fənni birinci qrup üzrə blok imtahanı fənnlərindən birinə çevrilib. Mənim də ali məktəbə hazırlaşdırdığım abituriyentlərim var. Onların nəticələri də yüksək olub. Bu hal məni çox sevindirir. Onlarla qürur duyuram. Üç ildir ki, proqramist kimi də fəaliyyət görətirəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Mən tənbəlliyə "yox" deyirəm. Çünki insan şansını yoxlayırsa, onun aça bilməyəcəyi qapı yoxdur. Mən öz fəaliyyətlərimdən bunu bilirəm. Hər şey insanın cəhdlərinə bağlıdır. İnsan beyninin çata bilməyəcəyi zirvə yoxdur. Yetər ki, özünü görsün. Məsələn, mən ölkədə qadın proqramistlərindən biri olmağı qarşıma məqsəd qoymuşdum. Şükür Allaha ki, məqsədimə çatdım. Bu yolda daha da irəli gətməyi hədəf seçmişəm.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlarda abituriyentlərin elektron ərizə, ixtisas seçimi, proqramlaşdırılma dilinin öyrənilməsi, abituriyent hazırlığı və s. məsələlərə bağlı mürəciətlər olur. Ümumiyyətlə, mən on birinci sinifə qədər olan şagirdlərlə çox zəhmli, çox ciddi müəllim fonu yaradıram. Çünki onların düşüncə tərzi hələ tam formalaşmayıb. Onların yaddaşın o cür qalmağa çalışıram. Zamanla onların beynilərində yaratdıqları "qorxulu" müəllimə obrazı sıfıra çevrilir və biz zamanla dosta çevrilirik. Hətta 20 il öncə dərs dediyim şagirdlərim də indi hər hansi bir məsələdə məndən rahatlıqla məsləhət ala bilirlər.
- Xarakter olaraq necə birsiniz?
- Bürcüm tərəzi bürcüdür. Hər zaman haqqı müdafiə etməyə çalışıram. Haqsızlığa göz yuma bilmirəm. Biz şagirdlərə həm də həyatı öyrədirik. Şagirdlərə ədaləti, dürüstlüyü və s.meyarları aşılayırıq. Onu da qeyd edim ki, mehriban insanam. Gec inciyənəm. Amma bir insandan incidimsə, onu bağışlamağı bacarmıram.
- Ailəlisinizmi?
- Bəli, ailəliyəm. Bir qızım, bir oğlum var.
- Oxuculara nə məsləhət görürsünüz?
- Bir pedaqoq olaraq məsləhət görürəm ki, çox oxusunlar. Nitqlərini formalaşdırsınlar, öz hüquqlarını, vəzifələrini bilisinlər. Sosial olsunlar. Amma öz soylarını, mənəvi dəyərlərini qoruyub saxlasınlar.
- Mən bu sahəyə gələrək ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlımə gəlməzdi ki, mən şagirdlərimlə dost olacağam, onlar mənə öz problemlərini, fikirlərini rahatlıqla dəyə biləcəklər. İşmi, peşəmi bu qədər çox sevəcəyimi düşünməzdim. Sonda hər birinizə uğurlar arzulayıram. Allah hər bir müəllimə şagird uğuru, hər bir şagirdə müəllimin başını ucaldacaq nəticə ilə onu sevindirmək nəsib etsin.
Gmail: [email protected]






