"Erkən Nikahlara  Son" mövzusunda Sumqayıt şəhər  General M.Əsədov adına İnteqrasiya Təlimli Internat tipli Gimnaziyada  tədbir keçirilmişdir.
30-04-2025, 13:03
140

"Erkən Nikahlara Son" mövzusunda Sumqayıt şəhər General M.Əsədov adına İnteqrasiya Təlimli Internat tipli Gimnaziyada tədbir keçirilmişdir.

ONDERTV.ORG

29 aprel 2025-ci il tarixində Sumqayıt Bələdiyyəsinin Gender Bərabərliyi komissiyasının təşkilatçılığı ilə "Erkən Nikahlara  Son" mövzusunda Sumqayıt şəhər  General M.Əsədov adına İnteqrasiya Təlimli Internat tipli Gimnaziyada  tədbir keçirilmişdir.Tədbirdə Sumqayıt Bələdiyyəsinin sədr müavini, Gender Bərabərliyi komissiyasının sədri Nərmin Mehdiyeva,Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın aparıcı məshələtçisi Aynur Eyvazova,General M.Əsədov adına İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyanın direktoru Qönçə Hüseynova, Sumqayıt Bələdiyyəsinin Gender Bərabərliyi Komissiyasının üzvü,bələdiyyə üzvü,31 nömrəli tam orta məktəbin direktoru Leyla Əliyeva,Abşeron-Xızı Regioanl Təhsil İdarəsinin aparıcı məsləhətçisi Reyhanə Rüstəmova, Gender Bərabəliyi komisiyasının üzvü, Sumqayıt Bələdiyyəsi Kimyaçılar qəsəbəsi və Maral Göl üzrə 1 saylı məhəllə komitəsinin sədri  Solmaz Zeynəddinova çıxış etmişlər.
   Tədbiri giriş nitqi ilə açan Sumqayıt Bələdiyyəsinin Gender Bərabərliyi Komissiyasının sədri Nərmin Mehdiyeva öz çıxışında bura toplaşmağımızın səbəbi, sadəcə bir problemə toxunmaq deyil — cəmiyyətimizin gələcəyini formalaşdıran gənclərimizin həyatına, sağlamlığına və inkişafına göstərilən mənfi təsirlərə diqqət çəkməkdir.Erkən nikah — uşaqlığın yarımçıq qırılması, təhsilin yarıda qalması, sosial hüquqların məhdudlaşdırılması deməkdir.  Bu məsələ təkcə fərdi faciə deyil, ümumilikdə bir cəmiyyətin inkişafına zərbə vuran çox ciddi bir sosial problemdir.Bugünümüzü və gələcəyimizi qorumaq üçün biz birgə düşünməliyik.

#Erkən nikahlara son, #İnteqrasiya təlimli İnternat tipli Gimnaziya, #31 nömreli məktəb, #Ailə qadın və uşaq problemləri üzrə dövlət komitəsi, #gender bərabərliyi

Oxşar xəbərlər