Gündəm
27-11-2024, 17:22
113
Azərbaycanda bələdiyyə seçkilərinin keçiriləcəyi tarix açıqlanıb
ONDERTV.ORG
Noyabrın 27-də Məzahir Pənahovun sədrliyi ilə keçirilən Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclasında Azərbaycan Respublikasında növbəti bələdiyyə seçkilərinin təyin edilməsi məsələsinə baxılıb.iclasda çıxış edən MSK sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin gələn il yanvarın 29-da keçirilməsinin məqsədəuyğun hesab edildiyini bildirib. Təklif səsverməyə çıxarılaraq qəbul edilib.