Vacib mesajlar
20-08-2024, 16:52
162

Vacib mesajlar

ONDERTV.ORG

​​​​Ölkəmizdə idman siyasətinin düzgün müəyyən olunması nəticəsində bütün sahələrdə olduğu kimi bu istiqamətdə də uğurlarımız hər il davamlı olaraq artır. Sevindirici haldır ki, idmana və idmançılara göstərilən yüksək dövlət qayğısı nəticəsində Azərbaycan idmançıları beynəlxalq arenalarda böyük nailiyyətlərə imza atır, Azərbaycanın bir idman ölkəsi olduğunu bütün dünyada təsdiq edirlər.
Bütün bu uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kursla bağlıdır. Bugün isə ölkəmizin idman sahəsində inkişafı Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bildiyimiz kimi, dövlət başçısı İlham Əliyev cari ilin 14 avqust tarixində  Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edib. Ölkə başçısı uğur qaznan idmaçılarımızı və onların məşqçilərini qəbul edən zaman çox vacib mesajlar verib.
Dövlət başçısı vurğulamışdır ki, Azərbaycan idmançıları bütün xalqı sevindirmiş və ölkəmizi layiqincə təmsil edərək, Azərbaycanın bayrağını ucalmışdır. Bu, bir daha sübut etdi ki, Azərbaycan güclü idman dövlətidir və Olimpiya Oyunlarında qazanılan uğurlar təsadüfi deyil. Azərbaycan idmançıları iki qızıl, iki gümüş və üç bürünc medal qazanaraq dünyanın ən güclü 30 ölkəsi arasında yer almışlar. İdmançılarımız 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmışdır. Müsəlman ölkələri arasında üçüncü yerdə qərarlaşan Azərbaycan, 57 üzv ölkədən ibarət İslam Əməkdaşlıq Təşkilatında tarixi nəticəyə nail olmuşdur.
Bundan əlavə, Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir və bu Oyunlarda Azərbaycan idmançıları cüdo, boks, taekvondo, yunan-Roma güləşi və sərbəst güləş üzrə medallar qazanmışlar. Dövlətimizin başçısı vurğulamışdır ki, idmanda həm qələbə, həm də məğlubiyyət təbii haldır, lakin bu Oyunlar bir daha göstərdi ki, Azərbaycanda idmanın inkişafı ardıcıl surətdə davam edir.
Olimpiya Oyunları dünya miqyasında ən nüfuzlu idman tədbirlərindən biridir və hər bir ölkə bu Oyunlara xüsusilə diqqət və hazırlıqla yanaşır. Prezident Əliyev çıxışında qeyd etmişdir ki, Azərbaycan müsəlman ölkələri arasında üçüncü yeri tutmuşdur ki, bu da tarixi nəticədir. İdmançılarımızın həm peşəkarlığı, həm də davranış qaydaları ölkəmiz üçün qürur mənbəyidir və bu uğurlar yeni nəsillər üçün də bir nümunədir.
Bu gün idman sahəsində əldə olunan nailiyyətlər bir daha onu göstərir ki, Azərbaycanda idman uğurla inkişaf edir. Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş beynəlxalq yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. İdmançılarımızın beynəlxalq yarışlarda, xüsusilə Olimpiya oyunlarında ölkəni təmsil edərkən əldə etdikləri qələbələr, bayrağımızın qaldırılması və himnimizin səslənməsi gənc nəsil üçün nümunə olmaqla onların vətənpərvərlik hissini gücləndirir. Bu, öz növbəsində, Azərbaycanda yetişməkdə olan gənc nəslin idmana marağı, vətənə və Azərbaycan bayrağına olan məhəbbətinin artmasına, eləcə də yeni dövrün çağırışlarına cavab verən idman növlərinin inkişaf etdirilməsi üçün etibarlı zəmin yaradır.

Fidan Hüseynova
YAP Quba rayon təşkilatının sədri

Oxşar xəbərlər