Avropanın “yeni Napoleon”unun reallıqdan uzaq ambisiyaları - “KASPİ”nin TƏHLİLİ + FOTO
13-04-2024, 15:27
43

Avropanın “yeni Napoleon”unun reallıqdan uzaq ambisiyaları - “KASPİ”nin TƏHLİLİ + FOTO

ÖNDERTV.ORG


Məhz Fransa kimi ölkələrin son 30 ildə Ermənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydın olmalıdır. Paris anlamalıdır ki, destruktiv fəaliyyətə nə qədər ki, son qoyulmayıb, bu, həm Fransanın zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək.
Bir neçə gün əvvəl Parisdən Azərbaycana qarşı növbəti əsası olmayan, həqiqətdən uzaq ittihamlar dalğası yönəldi. Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne Parisdə ABŞ dövlət katibi ilə birgə mətbuat konfransı zamanı Ermənistanı “sülh göyərçini”, Azərbaycanı isə “təhlükə mənbəyi” elan etdi. 
Mövzu ilə bağlı “Kaspi” qəzetinin təhlilini təqdim edirik.
Təəccübləndirməyən bəyanat
Əslində son illərin təcrübəsi göstərir ki, Emmanuel Makronun rəhbərlik etdiyi Fransanın rəsmi dairələrinin məlum açıqlamalarında təəccübləndirən heç nə yoxdur. Parisin məqsədi Cənubi Qafqazda sülhə imkan verməmək, bu istiqamətdə müsbət meyilləri baltalamaq, “parçala, hökmranlıq et” prinsipini tətbiq etməklə ilkin mərhələdə Ermənistanı, daha sonra isə bütünlükdə bölgəni özünün növbəti müstəmləkəsinə çevirməkdir. Daha doğrusu, Afrikada, dünyanın digər bölgələrində üzləşdiyi məğlubiyyətlərin əvəzini bu yolla sığortalamaq. Nədənsə Makron düşünür ki, beynəlxalq münasibətlərin ən gərgin dövrünü yaşadığı indiki həssas məqamda bu məkrli planlarını həyata keçirtmək üçün ən uyğun seçim Cənubi Qafqazdır. Bəlkə də onu bu cür fikirləşməyə vadar edən əsas səbəb dövlət kimi varlığı ilə yoxluğu bilinməyən Ermənistandır.    

Oxşar xəbərlər