Türkiyədə İŞİD-ə qarşı əməliyyat: Onlarla şəxs saxlanıldı - VİDEO
10-03-2024, 15:50
50

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: Onlarla şəxs saxlanıldı - VİDEO

ÖNDERTV.ORG

İraq İslam Şam Dövləti (İŞİD) terror təşkilatına qarşı Türkiyədə həyata keçirilən “Bozdoğan-11” əməliyyatında 33 şübhəlinin ələ keçirildiyi açıqlanıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir “X” (keçmiş “Twitter”) hesabında et
diyi paylaşımda əməliyyatın Sakarya bölgəsində aparıldığını bildirib.
Əməliyyat nəticəsində dörd sənədsiz tapança, iki sənədsiz tüfəng, külli miqdarda xarici valyuta, çox sayda qadağan olunmuş nəşrlər və təşkilati sənədlərin ələ keçirildiyi qeyd olunub.



Oxşar xəbərlər