Füzulidə qalmış uşaqlıq xatirələrimin ardınca gəlmişdim..
18-02-2024, 16:45
182

Füzulidə qalmış uşaqlıq xatirələrimin ardınca gəlmişdim..


ÖNDERTV.ORG

Füzulidə qalmış uşaqlıq xatirələrimin ardınca gəlmişdim...
Göz yaddaşımda saxladıqlarımdan əsər-əlamət qalmamışdı.
Nə qədər ətrafa boylansam da,hər kola daşa,qurumuş və heç bir həyat əlaməti olmayan ağaclara diqqət etsəm də tanış heç nə görmədim.
Bircə ayaqlarımın altında lap uşaqlığımda olduğu kimi hiss etdiyim, qara çay daşı döşənmiş  cığırdan savayı..
Bəli bu o cığır idi.Hissiyatım məni aldatmırdı.Cırıldayaraq açılan küçə darvazasından başlayaraq düz aşağıya, indi tanınmalısı qalmayan evimizədək uzanan 25-30 metrlik cığır.
Nə hisslər keçirdiyimi xatırlamıram...
Bircə yalın ayaqlarımın  yaddaşında bu kələ-kötür daşlarla təmasdan qalan ağrıdan savayı...

Oxşar xəbərlər