CHP-nin yeni sədri ilk səfərini Azərbaycana edəcək - Özgür Özəl yanlış yolda olduqlarını etiraf edib  Türk dünyası
13-11-2023, 18:52
104

CHP-nin yeni sədri ilk səfərini Azərbaycana edəcək - Özgür Özəl yanlış yolda olduqlarını etiraf edib Türk dünyası

ÖNDERTV.ORG



Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri Özgür Özəl ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyətinin ardınca Azərbaycana edəcək.
TNS xəbər verir ki, bu barədə partiya sədri “Sabah” qəzetinin köşə yazarı Yavuz Donatla söhbətində bildirib.
“Sabah” qəzetinin saytında yerləşdirilən “Özgür Özəldən gələn telefon” adlı məqalədə Yavuz Donat qeyd edib ki, CHP lideri barədə silsilə yazılardan sonra partiya sədri ona zəng edib.
Müəllif bildirib ki, telefon söhbəti zamanı Özgür Özəl əvvəlcə onunla Azərbaycanla bağlı yazdığı məqalələrdən danışıb.
“Dost və qardaş Azərbaycanın xətrinə dəymişik. Yanlış yolda olmuşuq. Bu, bizim səhvimizdir”, - deyə qəzet əməkdaşı CHP sədrindən sitat gətirib.
Onun sözlərinə görə, illərdir, CHP-dən belə bir səs, səhvini etiraf edən olmayıb. “Sevindik”, - deyə qəzet əməkdaşı vurğulayıb.
Müəllif xatırladıb ki, Türkiyədə hər prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğanın ilk səfərini məhz Şimali Kiprə və Azərbaycana etməsi ənənə halını alıb.
CHP sədrinin “Can Azərbaycanın könlünü alacağını” deyən qəzet əməkdaşı Özəlin bu açıqlamasını ən düzgün seçim adlandırıb.
Qeyd edək ki, CHP-nin əvvəlki rəhbəri Kamal Kılıçdaroğlu Azərbaycanla bağlı qərəzli açıqlamaları ilə yadda qalıb. Onun müşaviri Ünal Çeviköz isə hətta Türkiyəni İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana muzdlu döyüşçülər göndərməkdə ittiham edib.
Noyabrın 5-də Türkiyənin Cumhuriyyət Xalq Partiyasının 38-ci növbədənkənar qurultayında Manisadan olan millət vəkili Özgür Özəl yeni sədr seçilib. Seçkilərin ikinci turunda partiya sədri Kamal Kılıçdaroğlu 534, Özel isə 811 səs toplayıb.

Oxşar xəbərlər