Ohanyanın Qarabağa “ev sahibi” kimi qayıdış “planı”...
13-11-2023, 11:31
79

Ohanyanın Qarabağa “ev sahibi” kimi qayıdış “planı”...

ÖNDERTV.ORG

Ermənistanın keçmiş müdafiə naziri, Köçəryanın partiyasının parlamentdəki fraksiya sədri Seyran Ohanyan deyir ki, ermənilər Qarabağa ev sahibi kimi qayıtmalıdır. Bunun üçün o təklif edir ki, erməni xalqı vahid şəkildə birləşməli, beynəlxalq səviyyədə tanınmış formatda danışıqlar tezliklə bərpa edilməlidir. Yəni Minsk Qrupu yenidən işə düşməlidir və s.

ÖNDERTV.ORG xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib.

“Bakı-İrəvan xəttində müzakirə mövzusu olmaqdan çıxan Qarabağ Ermənistanın daxili siyasətində iqtidar-müxalifət məsələsinə çevrilib. Ohanyanın dedikləri də firqə davasından qaynaqlanır. Lakin erməni revanşistlərin – daşnakların Qarabağ iddiasını daim diri saxlayamağa çalışacağı və şəraitin yaranacağı günə qədər gözləyəcəkləri də bəllidir. Ermənistanda onların qarşısını alacaq yeganə tərəf isə hələ ki Paşinyandır”, - o bildirib.

Oxşar xəbərlər