
Gündəm / Siyasət
6-10-2023, 16:33
194
İlham Əliyev: BMT missiyası yaxın günlərdə yenidən Qarabağa səfər edəcək
ÖNDERTV.ORG
BMT missiyası yaxın günlərdə yenidən Qarabağa səfər edəcək.
ÖNDERTV.ORG AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 6-da Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoru Hans Henri Klugeni ilə görüşündə bildirilib.
Görüşdə yaxın vaxtlarda BMT-nin Azərbaycanda rezident əlaqələndirici ofisinin təşkilatın aidiyyəti ixtisaslaşmış qurumlarının nümayəndələri ilə birlikdə Qarabağ bölgəsinə yenidən səfər edəcəkləri diqqətə çatdırılıb, ölkəmizin bu prosesi dəstəklədiyi qeyd olunub.