"Müharibədə itirdik, bu, inanılmaz uğursuzluqdur" - Generaldan ŞOK ETİRAF
17-09-2023, 12:21
32

"Müharibədə itirdik, bu, inanılmaz uğursuzluqdur" - Generaldan ŞOK ETİRAF

ÖNDERTV.ORG


ABŞ Baş Qərargah rəisi, general Mark Milleydən 20 illik bir etiraf gəlib. 
ÖNDERTV.ORG xəbər verir ki, ABC televiziyasına danışan Milley 7 oktyabr 2001-ci ildə 11 sentyabr terror hücumlarından bir neçə həftə sonra Əfqanıstana başlayan müdaxilənin onlar üçün məğlubiyyət olduğunu bildirib.
O, ABŞ-ın Əfqanıstandakı müharibəsinin Vaşinqtonun istədiyi kimi bitmədiyini vurğulayıb: 

“Müharibədə itirdik. Düşmən sizin dəstəklədiyiniz paytaxtı işğal edirsə, bu, strateji uğursuzluqdur”.
Xatırladaq ki, Taliban 2021-ci ilin avqustunda ABŞ ordusunun razılaşdırılmış şəkildə çıxarılmasından sonra Kabilə nəzarəti ələ keçirib.
Kabildən geri çəkilmə prosesini də tənqid edən Milley ABŞ ordusunun ölkəni tərk etməsini "inanılmaz uğursuzluq" adlandırıb.

Oxşar xəbərlər