Tarixin ən dəhşətli zəlzələsi
23-08-2023, 08:17
205

Tarixin ən dəhşətli zəlzələsi

ÖNDERTV.ORG


Xəbər verdiyimiz kimi, bu gün Masallı və Cəlilabad rayonlarının sərhəddində 4.9 maqnitudalı zəlzələ olub. Zəlzələ kütləvi şəkildə hiss olunmasa da, son günlər bu təbiət hadisəsi dünya üzrə öz dağıdıcılığı və çoxsaylı insan itkiləri ilə yadda qalır. 
Təəssüfverici olsa da sual yaranır, bəs daha təsirli ölümcül zərbəsi ilə dünyada hansı zəlzələ yadda qalıb?

ÖNDERTV.ORG xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən ölümcül zəlzələsi 1556-cı il yanvarın 23-də Şensi əyalətində qeydə alınıb.

Təbiət hadisəsi Qansu, Şensi, Xenani, Xebeya, Şanduna, Xubeya, Xunani, Tszyansu və Anhoya əyalətlərinin 97 bölgəsinə ziyan vuraraq, bu ərazilərdəki tikililəri məhv edib. O vaxtlar bu ərazilərdəki əhalinin böyük hissəsi meşəli təpələrin yamaclarında qurduqları qazmalarda yaşayırdılar və zəlzələ baş verən zaman həmin qazmaların çökməsi həlak olanların sayının artmasına səbəb olurdu.
Qeyd edək ki, dünya statistikasına görə, hər il dünyada 100 000-ə yaxın zəlzələ baş verir. Onların arasında isə 100-ə yaxın güclü zəlzələ olur.

Oxşar xəbərlər