Qarabağdakı qanunsuz erməni dəstələri yeni mövqelər qurmağa cəhd göstərir - Video
14-08-2023, 16:31
117

Qarabağdakı qanunsuz erməni dəstələri yeni mövqelər qurmağa cəhd göstərir - Video

ÖNDERTV.ORG
Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri təxribat əməllərini davam etdirir.
 ÖNDERTV.ORG APA-ya istinadən xəbər verir ki, əldə edilmiş görüntülərdən aydın olur ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa, yeni mövqelər quraraq, orada tərtiblənməyə cəhd göstərir.
Qeyd edək ki, qeyri-qanuni erməni silahlı dəstələrinin bu kimi təxribat əməlləri son vaxtlar daha da intensivləşib.

 

ÖNDERTV.ORG

Oxşar xəbərlər