Azərbaycan Türkmənistandan qaz idxalını kəskin artırıb
13-08-2023, 23:36
97

Azərbaycan Türkmənistandan qaz idxalını kəskin artırıb

 

ÖNDERTV.ORG
Türkmənistan qazının İran üzərindən svopla Azərbaycana nəqli 2 dəfəyə yaxın artıb. 
ÖNDERTV.ORG un xəbərinə görə, TASS-a danışan İranın Türkmənistandakı səfiri Qulam Abbas Ərbab Xalis bildirib ki, gündəlik svop həcmi 4,5 milyon kubmetrdən 7-7,5 milyon kubmetrə çatdırılıb.
Səfirin sözlərinə görə, İranın svopla türkmən qazını Azərbaycana çatdırmaq potensialı gündəlik 20 milyon kubmetrə qədərdir.
Xatırladaq ki, Türkmənistandan svopla qaz alışına dair Bakı ilə Aşqabad arasında müddətsiz müqavilə 2021-ci ildə imzalanıb.

Oxşar xəbərlər