Prezident: Azərbaycan mallarının Azərbaycan şirkəti tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək
11-07-2023, 18:39
472

Prezident: Azərbaycan mallarının Azərbaycan şirkəti tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək

ÖNDERTV.ORG


Bu yaxınlarda biz öz nəqliyyat imkanlarımızı hüdudlarımızın kənarına da çıxara bildik. Hərəsi 115 min tonluq üç böyük tanker alınıb. Bu, Azərbaycan tarixində ilk dəfədir. Tankerlərə "Şuşa", "Qarabağ" və "Zəngəzur" adları verilib.

ÖNDERTV.ORG AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə deyib."Azərbaycan mallarının Azərbaycan şirkəti tərəfindən daşınması bizə əlavə gəlir gətirəcək və biz artıq Qara dənizdə də varıq. Biz onsuz da var idik. Bizim kiçik həcmli gəmilərimiz var idi. Amma bu gün bizim "Aframax" tipli ən böyük tankerlərimizdən üçü artıq Qara dənizdə işləyir. Lazım olarsa, onların sayını biz artıra bilərik", - deyə dövlətimizin başçısı bildirib.



ÖNDERTV.ORG


Oxşar xəbərlər