Ağdamda kütləvi məzarlıq aşkarlanıb
21-06-2023, 21:59
85

Ağdamda kütləvi məzarlıq aşkarlanıb

ÖNDERTV.ORG

İşğaldan azad edilən Ağdamın Sarıcalı kəndində 1-ci Qarabağ müharibəsində ermənilər tərəfindən qətlə yetirildiyi ehtimal edilən azərbaycanlılara məxsus kütləvi məzarlıq aşkar edilib.
ÖNDERTV.ORG xəbər verir ki, Ağdamın Sarıcalı kəndi ərazisində minalardan təmizləmə əməliyyatları zamanı 4 nəfərin qalıqları və hərbi nəqliyyat vasitəsinin hissələri aşkar edilib.
Həmin şəxslərin 1-ci Qarabağ müharibəsində həlak olan Azərbaycan əsgərlərinə və ya mülki şəxslərə aid olduğu təxmin edilir.
Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası rayonda insan qalıqlarının tanınması və yeni qalıqların aşkar edilməsi istiqamətində işlərə başlayıb.
1-ci Qarabağ müharibəsində 3890 Azərbaycan əsgəri və mülki vətəndaş itkin düşüb
Rəsmi məlumatlara görə, 1990-cı illərin əvvəllərində 1-ci Qarabağ müharibəsində 3890 Azərbaycan əsgəri və mülki şəxs həlak olub.
Azərbaycan Ermənistanla danışıqlarda hər zaman itkin düşənlər məsələsini qaldırır və Ermənistandan bu şəxslərin taleyinə aydınlıq gətirilməsini tələb edir.
İşğaldan azad edilmiş ərazilərdə 7 kütləvi məzarlıq aşkar edilib.

ÖNDERTV.ORG

Oxşar xəbərlər