PROFESSOR İLHAM RƏHİMOV "TƏZADLAR"IN 30 İLLİK YUBİLEYİNİ TƏBRİK ETDİ
19-05-2023, 22:11
109

PROFESSOR İLHAM RƏHİMOV "TƏZADLAR"IN 30 İLLİK YUBİLEYİNİ TƏBRİK ETDİ

ÖNDERTV.ORG

Azərbaycan Respublikasının Əməkdar hüquqşünasıRusiya Elmlər Akademiyasının Akademikihüquq elmləri doktoruprofessorİlham Rəhimov "Təzadlar" qəzetinin 30 illik yubileyini təbrik edib...
  Akademikin təbrik məktubunda deyilir:
"Bu gün “Təzadlar" qəzetinin yubileyidir - ilk sayının çapdan çıxmasının 30 ili tamam olur. Bu 30 ildə "Təzadlar” qəzeti kifayət qədər uzun və şərəfli bir yol qət edib, müstəqil Azərbaycanın mətbuat tarixində xüsusi rolu, çəkisi var. Qəzet 30 illik fəaliyyəti dövründə oxucularının rəğbətini qazanmağı bacarıb, Azərbaycan dövlətçiliyinin qorunmasında, təbliğ olunmasında daim öndə olub.  
 Mən "Təzadlar” qəzeti təsis olunduğu gündən qəzetin Redaksiya Heyətinin üzvüyəm. Ona görə, bu qəzet mənə çox doğmadır və əminliklə deyə bilərəm ki, ölkəmizdə, cəmiyyətimizdə baş verən hadisələr “Təzadlar”-ın səhifələrində geniş və obyektiv şəkildə işıqlandırılır. Azərbaycanda nəşr olunan qəzetlərin sırasında “Təzadlar” qəzeti özünün xüsusi dəsti-xətti ilə seçilən mətbuat orqanıdır. 
Hesab edirəm ki, “Təzadlar” qəzetinin demokratik mətbuatın formalaşmasında, eləcə də cəmiyyətimizdə söz azadlığının, fikir plüralizminin inkişaf etdiriməsində böyük xidmətləri var və həmin missiyasını bu gün də uğurla davam etdirir. Bu uğurların əldə olunmasında yenicə fəaliyyətə başlamış "Tezadlar TV"-nin də rolunu qeyd etmək, əlbəttə ki, yerinə düşərdi. 
Azərbaycan mətbuatında özünəməxsus yeri olan "Təzadlar” qəzetinin və "Tezadlar TV"-nin təsisçisi və baş redaktoru Asif Mərzilini, eləcə də bütün əməkdaşlarını yubiley münasibətilə ürəkdən təbrik edir, yaradıcılıq uğurlari arzulayıram. 
İlham Rəhimov
Azərbaycan Respublikasının Əməkdar hüquqşünası,
Rusiya Elmlər Akademiyasının akademiki,
hüquq elmləri doktoruprofessor"


ÖNDERTV.ORG
 

Oxşar xəbərlər