Gündəm
6-05-2023, 14:08
144
Azərbaycan və İran arasında münasibətlərin normallaşması İrandan asılıdır - Rufiz Hafizoğlu - VİDEO
ÖNDERTV.ORG
Qonşu dövlət İranla belə bir münasibətin olması təəssüfləndiricidir. Bu təbii ki, Azərbaycan tərəfinin istəyi ilə yox, məhz molla-fars rejiminin Azərbaycanın müstəqilliyinə, dövlətçiliyinə qarşı atdığı addımlar nəticəsində meydana gəlib.
ÖNDERTV.ORG Trend-ə istinadən bildirir ki, bunu Trend BİA-nın direktor müavini, siyasi ekspert Rufiz Hafizoğlu "ARB24" telekanalında çıxışı zamanı deyib.
"Dini sepratçıların İran ərazisində saxlanılması iki dövlətin arasında münasibətlərin bərpasına təkan verə bilməz. Bu gün İran ərazisində onlarla yüzlərlə azərbaycanlılar var ki, onlar beyinləri yuyulmuş, dini fanatik dərslər almış şəxslərdir. Bu şəxslər aysberqin görünən hissəsidir. Onlar zaman-zaman müəyyən hədəflər məqsədlər üçün istifadə olunacaq. İranın Azərbaycanda casus şəbəkəsi daha dərindir. Xüsusi xidmət orqanlarımız əməliyyatlar keçirərək onları ifşa edir. Hesab edirəm ki, bu cür təmizlik işləri davam edəcək", - deyə o qeyd edib.
R.Hafizoğlu bildirib ki, Azərbaycan və İran arasında gərgin münasibətlər İkinci Qarabağ müharibəsindən sonra müşahidə edildi.
"Buna səbəb də İrandır. Münasibətlərin normallaşması Azərbaycandan yox, İrandan asılıdır. İran hər fürsətdə istər Azərbaycan ərazisində, istərsə də ölkədən kənarda Azərbaycana qarşı təbliğat aparacaq. Bu kimi addımlara təbii ki, hazırıq və diplomatik kanallar vasitəsilə adekvat cavablar veriləcək", - deyə o əlavə edib.