Azərbaycan Premyer Liqası: “Sumqayıt” “Kəpəz”ə qalib gəlib
29-04-2023, 19:27
82

Azərbaycan Premyer Liqası: “Sumqayıt” “Kəpəz”ə qalib gəlib

ÖNDERTV.ORG

Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura start verilib.
ÖNDERTV.ORG "Report"a istinadən xəbər verir ki, günün ilk qarşılaşmasında "Kəpəz" Qəbələdə "Sumqayıt"ı qəbul edib.

Oyunun taleyini bir qol həll edib. Qarşılaşmanın 64-cü dəqiqəsində Vüsal İsgəndərlinin vurduğu qol "Sumqayıt"a minimalhesablı qələbə qazandırıb.


Bu nəticə ilə xallarının sayını 28-ə yüksəldən "Sumqayıt" 8-ci pillədəki yerini möhkəmlədib. "Kəpəz" isə 29 xalla 7-cidir.

Qeyd edək ki, günün ikinci matçında "Sabah" öz meydanında "Şamaxı"nı qəbul edəcək.


ÖNDERTV.ORG

Oxşar xəbərlər