Gündəm / Cəmiyyət
3-02-2023, 21:08
390
S. Vurğun adına Mərkəzi kitabxanada təqdimat
ondertv.org
Xalq yazıçısı, tarixi roman janrının görkəmli nümayəndəsi, ədəbiyyatşünas Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov növbəti dəfə istedadlı yazarın yeni çap olunmuş kitablarından bir neçəsini Sumqayıt şəhər MKS-nin fonduna hədiyyə edib. Turan İbrahimov, yazıçı, ssenarist Hafiz Eynullayev və şairə Lilpar Cəmşid qızı, həmçinin oxucuların və kitabxana əməkdaşlarının iştirakı ilə baş tutan təqdimat S. Vurğun adına Mərkəzi kitabxananın oxu zalında gerçəkləşib. MKS-nin direktoru v.m.i.e. Natəvan xanım Axundzadə tədbirin məqsədini qısaca izah edərək qonaqları oxuculara təqdim edib. Tədbirdə çıxış edən Hafiz Eynullayev görkəmli yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadənin bədii yaradıcılığının Azərbaycan tarixi nəsrində özünəməxsus yer tutduğunu qeyd edib və bu irsin qorunmasında, toplanıb çap etdirilərək yayılmasında əvəzsiz xidmətləri olan Turan müəllimə təşəkkürünü bildirib. .
Sonda Əzizə Cəfərzadə irsinin layiqli qoruyucusu Turan İbrahimov anası ilə bağlı xatirələrini, həmçinin onun əsərlərinin çapı ilə bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşərək təqdim etdiyi hər kitab haqqında ətraflı məlumat verib. Oxucular adından çıxış edən kitabxananın oxucusu Quluzadə Mətanət tədbirdə iştirakından məmnunluq duyduğunu qeyd edərək gözəl təqdimata görə Turan müəllimə, habelə maraqlı tədbirə görə kitabxana əməkdaşlarına təşəkkürünü bildirib.
Pərvanə Qasımova
S. Vurğun adına Mərkəzi kitabxananın elmi katibi