Bakıda ana və 4 övladı itkin düşdü
11-10-2023, 10:25
238

Bakıda ana və 4 övladı itkin düşdü

Oktyabrın 10-da Bakıda ana və 4 övladının itkin düşməsi barədə polisə müraciət daxil olub.
Öndertv.org” xəbər verir ki, Sabunçu rayonu Maştağa qəsəbəsi Xanlar küçəsində yaşayan Ağazaman Salamzadə ailə üzvlərinin oktyabrın 4-də itkin düşdüyünü bildirib.


O, həyat yoldaşı, 32 yaşlı Q.Salamzadənin, 19 yaşlı oğlu Ə.Salamzadənin və 2006, 2008, 2010-cu il təvəllüdlü qızlarının yaşadığı yeri tərk etdiyini və bir daha geri qayıtmadıqlarını bildirib.
Müraciətlə bağlı Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər