
Gündəm
25-02-2026, 00:06
400
RUHLARI ŞAD OLSUN
ONDERTV.ORG
Xocalı soyqırımının 34-cü il dönümüdür …Hər il bu faciənin ildönümü ərəfəsində qanlı səhifəni bir daha vərəqləyərkən, hadisələrin arxasındakı siyasi və hərbi reallıqları açıq şəkildə ifadə etmək zərurətinə daim ehtiyac yaranır. Xüsusilə də, keçmiş sovet ordusunun tərkibində fəaliyyət göstərmiş 366-cı rus alayının soyqırımda iştirakı yenidən gündəmə gəlir.
21 fevralda Hind Klinikasının təşkilatçılığı və maliyyə dəstəyi ilə “Hyatt Regency” otelində Xocalı soyqırımının anım günü keçirildi. Tədbirdə Millət vəkilləri, ictimai nümayəndələrlə yanaşı Xocalı qaçqınları, Şəhid ailələri də iştirak edirdi. Xocalıda ermənilərə əsir düşmüş Elmira xanımın başına gələnlər, yaşadıqları dəhşətli idi, qulaq asdıqca adamda vahimə yaranırdı.
Ermənilərə lənət olsun!
Unutmayaq, unutdurmayaq!


