Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
10-02-2026, 00:29
108

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub

ONDERTV.ORG

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və Astana şəhər administrasiyasının rəhbəri (akimi) Jenis Kasımbek hər iki dövlətin paytaxtları arasında əməkdaşlığın inkişafını müzakirə ediblər.
bu barədə məlumat Azərbaycanın Qazaxıstandakı səfirliyinin "X"dəki hesabında yayılıb.
"Görüş zamanı paytaxtlar arasında əməkdaşlığın genişləndirilməsinin və mədəni-humanitar əlaqələrin inkişafının vacibliyi qeyd olunub, gələcək əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb", - məlumatda deyilir.
Bundan başqa, tərəflər gələcək qarşılıqlı fəaliyyətin perspektivlərini, habelə Azərbaycan və Qazaxıstanda keçirilməsi planlaşdırılan beynəlxalq tədbirlərdə iştirakla bağlı məsələləri müzakirə ediblər.

Oxşar xəbərlər