Azərbaycandan Böyük Britaniyaya balıq məhsulları ixrac ediləcək
27-01-2026, 01:32
107

Azərbaycandan Böyük Britaniyaya balıq məhsulları ixrac ediləcək

ONDERTV.ORG

Respublikamızdan balıq məhsullarının Böyük Britaniyaya ixracına icazənin əldə olunması məqsədilə qalıq maddələrinə nəzarət planları Britaniyanın səlahiyyətli qurumuna təqdim edilib. Britaniya tərəfi planların qiymətləndirməsini artıq yekunlaşdırıb və onların tələblərə tam uyğun olduğunu bildirib. Hazırda sənədlər rəsmi qərarqəbuletmə mərhələsindədir.
bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 2025-ci ildə fəaliyyətinə həsr olunmuş brifinqdə Agentliyin sədr müavini Əziz Şərifov səsləndirib.

Oxşar xəbərlər