Əmək və Sosial Münasibətlər Akademiyasında #AƏSMA maarifləndirmə məqsədilə #infosessiya təşkil olunub.
13-01-2026, 00:42
58

Əmək və Sosial Münasibətlər Akademiyasında #AƏSMA maarifləndirmə məqsədilə #infosessiya təşkil olunub.

ONDERTV.ORG

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının #AHİK yeni istifadəyə verdiyi #AHİKPlus layihəsi çərçivəsində Əmək və Sosial Münasibətlər Akademiyasında #AƏSMA maarifləndirmə məqsədilə #infosessiya təşkil olunub.

Tədbirdə AHİK-in, onun üzv və tabe təşkilatlarının nümayəndələri, Akademiyanın kollektivi iştirak edib. İnfosessiya zamanı “AHİK Plus” layihəsinin mahiyyəti, məqsədi, tətbiqi mexanizmləri və üzvlərə təqdim etdiyi imkanlar barədə ətraflı məlumat verilib.

Layihənin həmkarlar ittifaqı üzvlərinin sosial rifahının yüksəldilməsinə, onlara əlavə üstünlüklərin yaradılmasına #xidmət etdiyi vurğulanıb. Tədbir çərçivəsində iştirakçıları maraqlandıran #suallar cavablandırılıb, #rəy və #təkliflər dinlənilib.

Qeyd edək ki, “AHİK Plus” layihəsi çərçivəsində həmkarlar ittifaqları üzvləri müxtəlif xidmət və məhsullar üzrə #bonuslar, #endirimlər və xüsusi #güzəştlərdən yararlanmaq imkanı əldə edirlər.

Oxşar xəbərlər