
Gündəm
10-01-2026, 02:26
107
Dövlət siyasətində ictimaiyyətin rolu
ONDERTV.ORG
Biz də "Azərbaycan Qadınları Respublika Cəmiyyəti " İ.B. bir Vətəndaş Cəmiyyəti olaraq 5 yanvar tarixində cənab Prezident İlham Əliyevin jurnalistlərlə çıxışını izlədik və hesab edirik ki, çıxış ölkədə mövcud vəziyyəti və qarşıdakı dövrün əsas istiqamətlərini aydın şəkildə əks etdirir. Çıxışda səsləndirilən fikirlər göstərdi ki, dövlət siyasətində əsas məqsəd sabitliyin qorunması, sosial rifahın təmin edilməsi və milli maraqlara əsaslanan müstəqil xəttin davam etdirilməsidir.Bu mövqenin açıq şəkildə ifadə olunması cəmiyyət üçün vacib mesajdır. Belə çıxışlar vətəndaşların dövlətin həyata keçirdiyi siyasəti daha düzgün anlamasına və proseslərə real qiymət verməsinə imkan yaradır. Xüsusilə daxili məsələlərə məsuliyyətli yanaşma və xarici siyasətdə prinsipial mövqe Azərbaycanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Biz eyni zamanda hesab edirik ki, bu çıxış ölkədə aparılan islahatların ardıcıl xarakter daşıdığını göstərir və cəmiyyətlə dövlət arasında qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
Biz həm də belə açıq dialoqların davam etdirilməsini çox vacib sayırıq və bu, ölkəmizin gələcək inkişafına töhfə verəcək.
105 illik tarixi,
75 mindən çox üzvü olan
"AQRC "İ.B. sədri
Bahar Qasımova




