
Gündəm
6-01-2026, 02:11
164
Starkids – 10 illik yol…
ONDERTV.ORG
Bu gün sevinc hissi ilə rəfiqəm dəyərli xanım Aygün Əliyevanın rəhbərlik etdiyi “Starkids”in 10 illiyini qeyd edirik.Bu 10 il təkcə zaman deyil, minlərlə uşağın gülüşü, valideynlərin etibarı, zəhmət, əzm və böyük bir sevgi yoludur.
“Starkids” yarandığı ilk gündən etibarən uşaqların inkişafına, sağlam və xoşbəxt gələcəyinə töhfə verməyi əsas məqsəd seçmişdir. Bu yolda atılan hər addım, qazanılan hər uğur bir komandanın birliyi və inamı sayəsində mümkün olmuşdur.
Bu böyük ailənin formalaşmasında əvəzsiz rolu olan Starkidsin rəhbəri Aygün Əliyevaya xüsusi təşəkkürümüzü bildiririk. Onun vizyonu, əzmi və uşaqlara olan sonsuz sevgisi Starkidsi bu gün olduğu mövqeyə gətirmişdir.
Bütün valideynlərə və balaca Starkids ailəsinin üzvlərinə uğurlar arzulayırıq! !
Starkids – gələcəyin parlaq ulduzları 10 yaşın mübarək! 🎄@Bilinmeyen kullanıcı



