
Gündəm
24-12-2025, 16:33
148
Hörmətli Prezident Cənab İlham Əliyev!
ONDERTV.ORG

Azərbaycan xalqına əmin-amanlıq bəxş edən, dünya miqyasında misli görünməmiş, qısa müddətdə- 44 gün ərzində əzəli Qarabağ torpaqlarımızın alınmasında Liderlik edən, güclü-əzəmətli Ali Baş Komandanımız – əvəzsiz Prezidentimiz, Cənab İlham Əliyev - ad gününüz mübarək.
Neft milyonçusu-xeyriyyəçi Ağa Musa Nağıyevin 85 yaşlı nəvəsi olaraq, Sizə bu sözləri deməyə haqqım çatır – siyasətçi olaraq nömrə 1 olduğunuz kimi savadınız, danışıq tərziniz, şux qamətiniz və üstə gəl “Dəmir Yumruğ”unuz - sözün əsl mənasında düşmən gözü çıxardır.
Hörmətli Cənab Prezident! Sizinlə 2004-cü ildə görüşümü – fəaliyyətimin ilk pillələrindən sanıram. Babam Ağa Musa Nağıyevin həyat və fəaliyyətinin araşdırıcısı - tədqiqatçısı olmağıma bir daha güc-qüvvə verdiniz mənə.
Məhz Siz, Cənab Prezident, bu sahədə fəaliyyətimi nəzərə alaraq, Prezident təqaüdünə layiq görüb, mənzil ilə təmin etmisiniz. Ölkənin Birinci xanımı, Birinci Vitse -prezidenti xanım Mehriban Əliyeva da fəaliyyətimi yüksək qiymətləndirib.
Mənə şərəf verərək, “Tərəqqi” medalına və yazıçı olaraq bir illik Prezident mükafatına layiq görməyiniz – hər bir azərbaycanlının qeydinə qalmağınızı sübut edir. Sizə möhkəm can sağlığı və sağlıqlı ömür arzulayaraq, yumruğunuzun daha qüvvətli olmasını arzulayıram Sizi bir övlad kimi qucaqlayıb, öpürəm.
Neft milyonçusu-xeyriyyəçi A.M. Nağıyevin nəvəsi, Tarix üzrə fəlsəfə doktoru
Dilarə Nağıyeva

