
Gündəm
11-11-2025, 23:27
128
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
ONDERTV.ORG
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov TürkiyəRespublikasının milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı verib.başsağlığında deyilir:
"Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi.
Həlak olan hərbi qulluqçulara Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".

