
Gündəm
19-10-2025, 23:00
140
Sürücülərin NƏZƏRİNƏ! - Görünüş məsafəsi məhdudlaşacaq
ONDERTV.ORG
Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, oktyabrın 20-də bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.





