NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək
7-09-2025, 22:04
119

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

ONDERTV.ORG


Türkiyə və Ermənistan rəsmilərinin gələn həftə ilk dəfə nümayəndə heyəti səviyyəsində görüş keçirəcəyi gözlənilir.
Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, görüş həftənin əvvəlində baş tutacaq.
Tərəflər arasında ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində yeni qərarların qəbul edilməsi, eləcə də daha əvvəl razılaşdırılmış bəzi addımların icrası müzakirə olunacaq.
Məlumata əsasən, Türkiyə nümayəndə heyətinə Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə Serdar Kılıç rəhbərlik edəcək.

Oxşar xəbərlər