Təbrik edirik.
6-09-2025, 21:50
581

Təbrik edirik.

ONDERTV.ORG

​​​​Hörmətli Kamran Orucov

Sizi doğum gününüz münasibətilə dərin hörmət və səmimi ürək sözlərimizlə təbrik edirik!

Sizin zəngin dünyagörüşünüz, yüksək mədəniyyətiniz və ziyalı şəxsiyyətiniz ətrafınızdakı hər kəsin rəğbətini qazanıb. Vətənə, dövlətə və millətə olan sevginiz, həmçinin gənclərin təlim-tərbiyəsinə verdiyiniz töhfələr Sizi həqiqi bir ziyalı və dəyərli müəllim kimi fərqləndirir. Siz yalnız pedaqoji sahədə deyil, həm də ictimai həyatda, jurnalistika və informasiya məkanında gördüyünüz işlərlə daim tanınırsınız.

Uzun illər ərzində müxtəlif sahələrdə fəaliyyətiniz – təhsil işində tələbələrə yol göstərməyiniz, jurnalistika və media sferasında həqiqətin, haqqın və ədalətin yanında olmağınız, informasiya işində dəqiqliyə, obyektivliyə və dürüstlüyə üstünlük verməyiniz Sizi həm peşəkar, həm də əsl vətəndaş kimi ucaldıb. Bu işlərinizlə Siz həm həmkarlarınıza, həm də gənc nəsilə örnək olmusunuz.

Sizin Şəhid və Qazilərə, onların ailələrinə göstərdiyiniz xüsusi diqqət, imtiyazlı təbəqələrə olan qayğınız isə insanlıq və vətənpərvərlik borcunun ən gözəl nümunəsidir. Bu, Sizi sadəcə bir ziyalı yox, həm də insanlıq dəyərlərinin daşıyıcısı kimi göstərir.

Əziz Kamran müəllim, bu gözəl gündə Sizə uzun ömür, möhkəm can sağlığı, ailə xoşbəxtliyi və yeni yaradıcılıq uğurları arzu edirik. Həyatınız Bərgüşad çayının suyu kimi təmiz, Həkkəri çayının axarı qədər güclü və bərəkətli olsun.

Sizinlə fəxr edirik, dəyərli Kamran Orucov!
Hörmətlə,
Vetenim-azerbaycandir.az, ONDERTV.ORG və 44GUN.ORG informasiya agentlikləri
İsmayılova Ayşən.

Oxşar xəbərlər