Tələbə kreditlərində təhsil nəticələrinə görə güzəştlər tətbiq ediləcək – Fonddan açıqlama
4-09-2025, 21:23
165

Tələbə kreditlərində təhsil nəticələrinə görə güzəştlər tətbiq ediləcək – Fonddan açıqlama

ONDERTV.ORG

Tələbə kreditlərində təhsil nəticələrinə görə güzəştlər tətbiq ediləcək.
tələbə kreditlərinin faiz hesablanması və geri ödənişi təhsil göstəricilərinə görə müəyyən edilir.
Sosial kredit üzrə ÜOMG-si 71 bal, standart kredit üzrə isə 91 bal və yuxarı olan tələbələr üçün həmin semestrdə götürdüyü kreditə görə faiz hesablanmır.
Təhsilin normativ müddəti ərzində bütün semestrlərdə ÜOMG-si 91 bal və yuxarı olan tələbələr sosial kreditin 50%-dən, standart kreditin isə 25%-dən azad edilirlər.
Fondun açıqlamasına əsasən, bu güzəştlər tələbələrin akademik göstəricilərinə əsasən kredit yükünü azaltmaq məqsədi daşıyır.

Oxşar xəbərlər