
Gündəm
3-09-2025, 00:39
103
İran Ermənistana körpü bağışladı
ONDERTV.ORG
Tavuş vilayətinin Ayrum şəhərində piyadalar üçün körpü quraşdırılıb.bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, stansiyadakı əvvəlki körpü ötən ilin mayında Debed çayının daşmasından sonra uçub.
"Yeni metal körpü İran İslam Respublikası tərəfindən Ermənistana hədiyyə edilib", - deyə nazirliyin açıqlamasında bildirilib.
