MEHRİBAN ƏLİYEVA: QADIN ZƏRAFƏTİ VƏ DÖVLƏTÇİLİK SEVGİSİ
25-08-2025, 19:34
328

MEHRİBAN ƏLİYEVA: QADIN ZƏRAFƏTİ VƏ DÖVLƏTÇİLİK SEVGİSİ

ONDERTV.ORG

​​​​
​​​​Tariximizdə xüsusi imzası, adı olan minlərlə mərd, vətənpərvər, qeyrətli, bacarıqlı Azərbaycan xanımları vardır və onlar haddında mükəmməl bilgilərə sahibik. 
Bu gün elə bu gözəl xüsusiyyətləri özündə daşıyan daha bir nəcib, humanist, xeyriyyəçi, Vətən sevdalı Azərbaycan qadınlarından  olan Mehriban Əliyeva haqqında danışaq. 
Azərbaycanın müasir tarixində Mehriban Əliyeva adı yalnız dövlətçilik və siyasət kontekstində deyil, həm də humanizm, mədəniyyət və vətənpərvərlik anlayışlarının simvoluna çevrilib. 1964-cü ilin avqust ayında Bakıda dünyaya gələn Mehriban xanım bu gün təkcə Azərbaycanın deyil, dünyanın nüfuzlu şəxsiyyətlərindən biri kimi qəbul olunur. Onun fəaliyyəti həyatın elə bir sahəsini əhatə edir ki, orada xalqa xidmətin, milli maraqlara sadiqliyin və insanlığa dərin sevgisinin izlərini görmək mümkündür.
Gəlin bu şərəfli yolun bəzi məqamlarını vərəqləyək. 
İlk addımlardan dövlətçilik zirvəsinə ucalan Mehriban xanım Əliyevanın təhsil və peşəkar inkişaf yolu onun gələcək fəaliyyətində mühüm baza rolunu oynayıb.  Mehriban xanımın  ürəyi daim insanlara daha geniş miqyasda fayda vermək arzusu ilə döyünüb. Elə bu səbəbdən də həyatını sosial, humanitar və milli dəyərlərə xidmətə həsr edib. Mədəniyyət və irsin keşiyində durmağı özünə deviz alan Mehriban xanımın Azərbaycan mədəniyyətinin dünyada təbliğində gördüyü işlər sadəcə layihə deyil, strateji düşüncə nümunəsidir. 1995-ci ildə təsis etdiyi Azərbaycan Mədəniyyətinə Dostlar Fondu, ardınca “Azərbaycan – İrs” jurnalının nəşri milli mədəniyyətimizin dünyaya açılan pəncərəsinə çevrildi. Parisdə, Romada, Moskvada, Strasburqda təşkil olunan sərgilər Azərbaycanın zəngin mədəniyyətini qlobal məkanda tanıtmaqla yanaşı, milli kimliyimizi daha da möhkəmləndirmiş oldu. 
2004-cü ildə təsis edilən Heydər Əliyev Fondu isə Mehriban Əliyevanın uzaqgörənliyinin ən parlaq nümunəsidir. Bu fond təhsil, səhiyyə, sosial rifah və mədəniyyət sahələrində həyata keçirdiyi yüzlərlə layihə ilə Azərbaycanın intellektual və humanitar simasını dəyişdi.
Azərbaycanın ən ucqar kəndində məktəb binası tikdirmək, eyni zamanda qardaş Pakistanın zəlzələdən zərər çəkmiş bölgələrində məktəblər inşa etdirməsi Mehriban xanımın geniş miqyaslı düşüncə tərzinin və böyük qəlbinin təzahürüdür.
Dünya arenasında humanizm səfiri kimi tanınanmışdır. 
Bu statuslar onun mədəniyyətlərarası dialoqa verdiyi real töhfələrin beynəlxalq səviyyədə tanınmasıdır. O, mədəni irsin qorunması, təhsil və sağlamlığın inkişafı, uşaqların hüquqlarının müdafiəsi istiqamətində saysız-hesabsız layihələr həyata keçirib.
Fransanın “Legion d’honneur” ordenindən tutmuş Rusiya, İtaliya, Polşa, Pakistan və digər ölkələrin ali mükafatlarına qədər aldığı təltiflər, beynəlxalq təşkilatların yüksək qiymətləndirmələri onun fəaliyyətinin miqyasını bir daha göstərir.
İdman və gənclər siyasətində uğurlarda da daim Mehriban xanımın imzası vardır. 
Azərbaycanın idman ölkəsi kimi dünyada tanınmasında da Mehriban xanımın rolu danılmazdır. Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi ölkəmizdə bu idman növünü inkişaf etdirib, beynəlxalq turnirlər təşkil edib. Bakı-2015 I Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkili isə onun təşkilatçılıq bacarığının bariz nümunəsidir.
Mehriban xanım eyni zamanda da birinci vitse-prezident kimi məsuliyyət və xidmət nümunəsidir, örnəkdir hər birimizə. 
2017-ci ildən Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyət göstərən Mehriban Əliyeva sosial məsələlərdə həssaslığı, vətəndaşlara qayğısı ilə seçilir. Şəhid ailələri, qazilər, qaçqın və məcburi köçkünlər, aztəminatlı ailələr onun daim diqqət mərkəzindədir. Pandemiya dövründə ölkə üzrə həyata keçirilən humanitar kampaniyalar isə Mehriban xanımın böhran anlarında belə xalqı ilə birgə olduğunu nümayiş etdirdi.
Zərafət və liderlik nümunəsi olan Mehriban Əliyeva müasir dövrün az rast gəlinən liderlərindəndir. Qadın zərifliyi ilə güclü idarəetməni birləşdirir. O, xalqın sevgisini, beynəlxalq ictimaiyyətin isə hörmətini qazanıb. Mehriban xanımın gördüyü işlər Azərbaycanı yalnız regionda deyil, qlobal səviyyədə humanizm və multikulturalizm nümunəsi kimi tanıdıb.
Mehriban Əliyevanın adı bu gün milli irsin qorunması, sosial məsuliyyət, beynəlxalq əməkdaşlıq və humanitar diplomatiya ilə assosiasiya olunur. Onun fəaliyyəti təkcə bu günün deyil, gələcəyin də dəyərli mirasıdır.
O, sadəcə ölkənin Birinci vitse-prezidenti deyil, həm də milyonlarla insanın həyatına işıq gətirən, dövlətin humanitar simasını formalaşdıran böyük şəxsiyyətdir.
Bu gün hər birimizin ürəyində xüsusi izi olan Mehriban xanımın doğum günüdür. Səmimi və xoş arzularımı ünvanlamağı özümə borc bilirəm
Hörmətli Mehriban xanım! 
Sizin doğum gününüz münasibətilə ən dərin ehtiram və səmimi arzularımı bildirirəm. Azərbaycanın inkişafında, xalqımızın rifahında və beynəlxalq nüfuzunun artmasında göstərdiyiniz ölçüyəgəlməz xidmətlər hər bir vətəndaş üçün qürur mənbəyidir.
Siz həm humanizm, həm də milli dəyərlərə sədaqət simvolu kimi müasir dövrümüzün parlaq nümunəsiniz. Təhsil, səhiyyə, mədəniyyət, idman, sosial rifah və beynəlxalq əməkdaşlıq istiqamətində gördüyünüz işlər, həyata keçirdiyiniz layihələr Azərbaycanın müasir simasını formalaşdırıb. Ölkəmizin ən ucqar bölgələrində belə sizin qayğınızı hiss edən insanlar Sizin şəxsiyyətinizdə dövlətin və xalqın birliyini, mehribanlığını görürlər.
Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti, şəhid ailələrinə, qazilərimizə, uşaqlara və aztəminatlı ailələrə göstərdiyiniz xüsusi diqqət, həmçinin milli mədəniyyətimizin dünyada təbliğinə verdiyiniz töhfələr hər birimizin qəlbində dərin hörmət və minnətdarlıq doğurur. Siz, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının zərifliyi ilə liderlik qabiliyyətini mükəmməl şəkildə birləşdirərək ölkəmizi ləyaqətlə təmsil edirsiniz.
Bu əlamətdar gündə Sizə möhkəm can sağlığı, ailə səadəti, yeni uğurlar arzulayıram. Qoy hər zaman xalqımızın sevgisi və duaları yolunuzu işıqlandırsın, gördüyünüz işlər isə Azərbaycanın sabahına daha böyük uğurlar gətirsin.
Sizin dövlətçilik yolunda atdığınız hər bir addım Azərbaycan xalqının firavanlığına, milli birliyimizə və dövlətimizin beynəlxalq mövqeyinin güclənməsinə xidmət edir. Biz Sizin kimi vətənpərvər, uzaqgörən və mərhəmətli bir liderin varlığından qürur duyuruq.
Sizə  ən səmimi təbriklərimi çatdırır, daim sağlam, uğurlu və xoşbəxt olmağınızı arzu edirəm.

Dərin hörmətlə,
Nəhayət Məhəmməd qızı  Şirinova
ADPU-nun Quba filialı
Heydər Əliyev Lektoriyasının müdiri

Oxşar xəbərlər