
Gündəm
31-07-2025, 22:49
320
Əsl dostlar unudulmur.
ONDERTV.ORG
Bu gün tanımış parodiyaçı, aktyor, müğənni, yazıçı, jurnalist, publisist və şair-qəzəlxan Həsən Cəbrayılovun vəfatından 6 il keçir. Onun titulları arasında demədiyim biri də qaldı ki, həmin funksiya da onunla birlikdə bu dünyadan köçüb getdi. Həsən bəy AzTVnin videotekasının arxivariusu kimi sinədəftər idi. Fenomenal yaddaşı və zəhmətkeşliyi sayəsində kompyuteri kölgədə qoyacaq bir şəxsiyyət idi.Yadınızdadırsa, dünyanın məşhur komediya ustalarından bəziləri səhnədə ekranda, elə həyatın özündə insanları güldürməyi bacarsalar da öz daxili aləmləri bir o qədər ziddiyyətlj olmuş, ürəkıərində böyük kədər daşımışlar. Həsən bəy də onlardan biri idi.
O, beş kitabın və 300-dən çox məqalənin, müxtəlif səpkili şeirlərin müəllifidir. Yüzə yaxın dildə (!) 300-dən çox aktyor və müğənniləri parodiya etməyi bacarırdı. Onun şirin Şəki ləhcəsi və burun səsi ilə ifa etdiyi parodiyalar hələ də qulağımda səslənir.
Mən bir daha anladım ki, qəlbinə yaxın olan dostları itirmək doğma adamını itirmək hissi ilə eynidir. Biz onunla danışmışdıq, yaradıcılığı haqqında qısa film çəkəcəkdik. Təəssüf ki, bu bizə müyəssər olmadı.
Dostlarımdan biri də canı qədər sevdiyi Vətən Torpağına canını tapşırdı, lakin ruhu qəlbimizdə qaldı. Həyatı bitəndən sonra da qəlblərdə yaşayanlar ölməzdirlər, xoşbəxtdirlər.
Həsən dostum, gözlə, hamının mütləq gedəcəyi yerdə bizi gözlə, sənə vəfasızlıq edib infarkt olan ürəyini daha sıxma, gözlə! Ruhuna təskinlik olsun deyə bil ki, əvvəlcə Dağlıq Qarabağın ətraf rayonlarını, müharibə və şəhid qanları ilə aldıq, üstəlik Şuşanı da! Qalan bir neçə rayonu da sonradan qaytardıq və indi QARABAĞ BİZİMDİR!
▪︎
Aşağıdakı fotoda əks qütblərdə otursaq da ürəyimin baş guşəsində yerin vardı! Allah sənə rəhmət eləsin, qəbrin nurla dolsun, ruhun şad olsun, dostum!
VETENİM-AZERBAYCANDİR.AZ
Etibar Əliyev


