Ramin Məmmədov Hacıqabulda vətəndaş qəbulu keçirəcək
31-07-2025, 11:13
82

Ramin Məmmədov Hacıqabulda vətəndaş qəbulu keçirəcək

ONDERTV.ORG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Hacıqabulda vətəndaş qəbulu keçirəcək.
Dövlət qurumundan verilən məlumata görə, avqustun 4-də təşkil ediləcək qəbula Şirvan şəhəri, Hacıqabul, Salyan, Neftçala və Biləsuvar rayonlarından olan vətəndaşlar qatıla bilərlər.
Qəbul saat 11:00-da Hacıqabul Rayon Heydər Əliyev Mərkəzində (Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 40) keçiriləcək.
Bildirilib ki, Dini Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinə (Əlaqə vasitələri: (021) 215 21 30, (070) 220 00 20, [email protected][email protected]) müraciət etmələri xahiş olunur.

Oxşar xəbərlər