
Gündəm
29-07-2025, 14:30
138
İran səfiri Bakıdakı görüşdə "qardaşlıq münasibətləri" mesajı verdi
ONDERTV.ORG
Dünən İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovla bir araya gəlib."Azad İran" "Telegram" kanalı bu barədə ISNA agentliyinə istinadən məlumat yayıb.
Görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, regional və beynəlxalq proseslər müzakirə olunub.
Səfir Dəmirçilu görüş zamanı İran-Azərbaycan münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdiyini bildirib.
Tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın davam etdirilməsinin və münasibətlərin möhkəmləndirilməsinin önəmini qeyd ediblər.

