Azərbaycan və Qazaxıstanın birgə hərbi təlimlərə start verdi
17-06-2025, 23:09
125

Azərbaycan və Qazaxıstanın birgə hərbi təlimlərə start verdi

ONDERTV.ORG

Qazaxıstanın Aktau şəhərində Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə "Xəzər küləyi – 2025" adlı birgə hərbi təlimlərə start verilib.
bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təlimlər Xəzər dənizində dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi, dəniz iqtisadiyyatına aid obyektlərin mühafizəsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə təşkil olunub.
Təlimlərin açılış mərasimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, 1-ci dərəcəli kapitan Teymur Mürşüdov və Qazaxıstan Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, 1-ci dərəcəli kapitan Kanat Niyazbəyov iştirak ediblər.

Qalereya




Oxşar xəbərlər