Gənclər  arasında  Qərbi Azərbaycan  mövzusu  geniş təbliğ olunmalıdır.
24-04-2025, 13:54
281

Gənclər arasında Qərbi Azərbaycan mövzusu geniş təbliğ olunmalıdır.

ONDERTV.ORG

Cəmiyyətdə müxtəlif sahələr üzrə  təhsil alan gənclər arasında Qərbi  Azərbaycan mövzusu  geniş təbliğ olunmalıdır. Bu ideyanın  reallaşmasına  dəstək  verməyə qadir olan gənc nəslin yetişməsi və aktiv fəaliyyətə cəlb olunması əsas prioritetlərdən biri kimi daim diqqətdə saxlanılmalıdır.
Azərbaycanın qədim tarixi torpaqları olan, sovet ittifaqı dönəmində xaincəsinə Göyçəni, Zəngəzuru, İrəvanı, Dərələyəzi və bütövlükdə Qərbi Azərbaycanı Ermənistana hədiyyə etməklə Naxçıvanla quru sərhədlərimizin əlaqəsinin tamamilə kəsilməsi, təkcə Azərbaycana yox, bütünlükdə türk dünyasına açılan qapının qapadılması ən böyük tarixi düşmənçilik və təcavüzdən başqa bir şey deyildir. Bu həqiqətlərin gənc nəslə aşılanması və dövlətimizin apardığı prinsipial siyasətdə gənclərə xüsusi rol ayrılması, onların potensialından istifadə olunması əsas vəzifələrdən biri kimi qəbul edilməlidir.
Ermənistan tərəfindən mərhələli şəkildə  Qərbi Azərbaycandan soydaşlarımızın kütləvi surətdə deportasiyası,  törədilmiş vandalizm nətəcəsində dədə-baba  torpaqlarımızın mədəni irsinin məhv edilməsi , törədilən terror , təxribat hadisələri  heç bir zaman unudulmamalı, Xocalı soyqırımının tanıdılmasında sistemli şəkildə düzgün təbliğat işləri davam etdirilməlidir. Azərbaycanın tarixi abidələri və mədəni irsi” mövzusunda  istər  dövlət,  istərsə də  qeyri  -  hökumət, xüsusən gənclər təşkilatları ciddi marifləndirmə tədbirləri həyata keçirməli, müxtəlif konfranslar,  sərgilər və s. təşkil etməli, filmlərin, videoçarxların hazırlanıb geniş auditoriyada: sosial şəbəkələrdə KİV-də, müxtəlif beynəlxalq, nüfuzlu xəbər portallarında və s. nümayişi təmin olunmalıdır.   Ermənistanın Azərbaycan torpaqlarına əsassız iddiaları, öz ana qanunlarında  belə təcavüzkar siyasətlərini qanuniləşdirməyə çalışmaları, minalanmış ərazilərin xəritəsini Azərbaycana təqdim etməmələri, Zəngəzur dəhlizinin açılması üçün öz üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməmələri, bunun müqabilində üzdə sülh müqaviləsi bağlamaqdan danışıb, arxada revanşist mövqe tutmaları, təbii ki, qəbuledilməzdir və bunun Ermənistan üçün çox ciddi və ağır nəticələrə səbəb olacağı da şübhə doğurmamalıdır. Azərbaycanın milli musiqisindən, mətbəxindən, tarixi ən-ənələrindən tutmuş bütün maddi və mənəvi dəyərləri üzərində ona forpostluq edən güclərin dəstəyi ilə "dövlət" statusu qazanan bu işğalçı, terrorçu təşkilata Azərbaycan Ordusu Qarabağda, Şərqi Zəngəzurda olduğu kimi Qərbi Azərbaycanda da öz gücünü göstərəcək, tarixi ədaləti Qərbi Azərbaycanda da təmin edəcəkdir.

Oxşar xəbərlər