
Gündəm
22-04-2025, 21:27
225
Sandi Salem İSESCO-nun Sülh Səfiri. ABŞ-ın New York ştatında BMT-nin binasında ECOSOC youth Forumunda iştirak edib.
ONDERTV.ORG
5 günlük davam edən Forumda Sandi Salem müxtəlif platformalarda çıxış etdi. Öz ixtira etdiyi "SİMON" cihazindan danışdı. "SİMON" cihazı nitq və eşitmə qabiliyyəti itirmiş insanlar üçün nəzərdə tutulub. 12 yaşında ilk dəfə həyatında nitq qabiliyyəti itirmiş insan ilə görüşüb. O an bütün onun həyatı dəyişib və qərara qəlib ki O nitq və eşitmə qabiliyyətini itirmiş insanlara kömək etməlidir. İllərin araşdırmalarına görə bu dunyada Global bir problemdir.Qeyd edək "SİMON" cihazı
*Intel ISEF - qızıl medal,
*ABŞda GENIUS Olimpiadasında - gümüş medal laureatı,
*Misirdə Cairo İnnovates Expo - qızıl medal və pul mükafatı,
*Böyuk Britaniyada İTE London Expo - platinum mükafatı və qızıl medal,
*İndoneziyada - qızıl medal,
*Malayziyada - qızıl medal,
*Koreyada WICO olimpiadasında - qızıl medal,
*Çində SMART CHINA EXPO - qızıl medal və Çin Respublikasının Prezidentinindən xüsusi mükafat.
*BƏƏ Dubay Expo- qızıl medal.
*Misirdə - digər çox saylı elm, ixtira müsabiqələrin laureatı.
"SİMON" mənası - (smart instrument for mute ana oto-laringeal non speakers).
Çıxışın sonunda Sandi Salem Gənclərin adından BMT liderlərinə mesaj vurğuladı "Bizim burda toplaşmaq məqsədimiz sadəcə danışmaq yox, həmçinin gözəl gələcəyi yaratmaq üçün"
Sandi Salem gənc alim-ixtiracıdır. Misir, Qahirə şəhərində Ain Şəms Tibb Dövlət Universitetinin 3cü kurs tələbəsidir. Laçında keçirilən 5ci Diaspor yay düşərgəsinin iştirakçısıdır.
Ərəb dilində nəşr olunmuş kitabların müəllifi.
"Qarabag Azərbaycan", "Azərbaycan Sədası", "Heydər Əliyev 100" , "Yaşıl Dünya Naminə: Azərbaycan və Davamlılıq" , və "Diwan Sandy" kitabında Şəxsi şeirləri, art rəsimləri var.


